Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12 (I kitab), maddə 2472; 2019, № 4, maddə 586, № 7, maddə 1201, № 8, maddə 1367; 2020, № 3, maddə 223, № 5, maddə 518, № 7, maddə 832, № 8, maddə 1010, № 11, maddələr 1332, 1333; 2021, № 6 (I kitab), maddə 541, № 8, maddə 894, № 12, maddə 1336; 2022, № 5, maddələr 434, 437, № 7, maddə 703, № 8, maddələr 821, 828, № 12, maddələr 1363, 1373; 2023, № 1, maddə 39, № 2, maddə 207; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 807-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 222-1.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan” sözləri “tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 314-4-cü maddə əlavə edilsin:
“Maddə 314-4. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulma
Tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması -
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2023-cü il