Laçında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb

post-img

Laçın rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata əsasən, fevralın 26-da saat 17:00-da ölkəmizin bütün ərazisində olduğu kimi, Laçın rayonunda da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti müvəqqəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib, dövlət bayraqları matəm əlaməti olaraq endirilib.

Anım mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, səhiyyə və təhsil işçiləri, digər dövlət qurumlarının və müəssisələrin əməkdaşları, eləcə də rayon sakinləri iştirak ediblər. İştirakçılar faciə qurbanlarının əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

XQ

















Qan yaddaşı