Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

post-img

Polşa Respublikasının Hərbi Texnologiyalar Universiteti və  Müharibə Tədqiqatları Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib.
İkitərəfli əməkdaşlıq planına əsasən, Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.

Nazirlikdən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Ordu