İşğaldan azad edilmiş ərazilərimizdə baş vermiş mina hadisələri nəticəsində zərərçəkənlərə dair məlumat açıqlanıb

post-img

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində minadan zərərçəkənlər və aşkarlanmış partlayıcı sursatlara dair məlumat açıqlanıb.

 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 48-si mülki, 13-ü hərbçi olmaqla 61-i həlak olub. Həmçinin mina partlayışları nəticəsində ümumilikdə 253 nəfər xəsarət alıb. Onlardan 101-i mülki şəxs, 152-si isə hərbçidir.

2020-ci il noyabrın 10-dan 2021-ci il dekabrın 14-dək Ermənistanın mina terroru nəticəsində cəmi 197 nəfər xəsarət alıb. Onlardan 29-u mülki şəxs, 7-si hərbçi olmaqla, 36 nəfər həyatını itirib. Bu tarixlərdə mina terroru nəticəsində 52-si mülki şəxs, 109-u hərbçi olmaqla 161 nəfər yaralanıb.

2022-ci il dekabrın 15-dən fevralın 4-dək minalardan yeddi nəfər zərər çəkib. Onlardan 4-ü mülki vətəndaş, 2-si hərbçi olmaqla 6 nəfər yaralanıb, 1 mülki şəxs isə ölüb.

2022-ci il fevralın 5-dən aprelin 6-dək mina terroru nəticəsində 5-i mülki şəxs, 1-i hərbçi olmaqla altı nəfər yaralanıb.

2022-ci il aprelin 7-dən mayın 18-dək ümumilikdə 12 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan yeddisi mülki vətəndaş, üçü hərbçi olmaqla, 10 nəfər yaralanıb. İki mülki şəxs isə həlak olub.

2022-ci il mayın 19-dan avqustun 18-dək 11 nəfər minadan zərər çəkib. Onlardan səkkizi mülki vətəndaş, 2-si hərbçi olmaqla 10 nəfər yaralanıb, bir hərbçi ölüb.

2022-ci il avqustun 19-da sentyabrın 23-dək 22 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 2-si mülki vətəndaş, 18 nəfəri hərbçi olmaqla 20 nəfər yaralanıb, iki hərbçi həyatını itirib.

2022-ci il sentyabrın 24-dən oktyabrın 3-dək beş mülki vətəndaş mina partlayışlarından zərər çəkib. Onlardan 3-ü yaralanıb, 2-si isə həlak olub.

2022-ci il oktyabrın 4-dən noyabrın 10-dək 11 nəfər mina partlayışlarından zərər çəkib. Onlardan 1 nəfər ölüb, digərləri isə xəsarət alıb.

2022-ci il noyabrın 11-dən 2023-cü il yanvarın 1-dək doqquz nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 4-ü mülki, 4-ü isə hərbçi olmaqla səkkiz nəfər yaralanıb, bir hərbçi həyatını itirib.

2023-cü il yanvarın 7-dən martın 14-dək 5 nəfər mina partlayışından xəsarət alıb. Onlardan biri mülki, ikisi hərbçi olmaqla üç nəfər yaralanıb. Bir hərbçi, 1 mülki vətəndaş həlak olub.

2023-cü il martın 15-də iyunun 12-dək 16 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 6-sı mülki, 3-ü hərbçi olmaqla doqquz nəfər yaralanıb. Bir hərbçi, altı mülki vətəndaş ölüb.

2023-cü il iyunun 13-dən avqustun 23-dək iki nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan bir nəfər mülki vətəndaş, 1 nəfər hərbçi yaralanıb.

2023-cü il avqustun 24-dən sentyabrın 11-dək üç nəfər mina partlayışları nəticəsində yaralanıb. Onlardan ikisi mülki vətəndaş, biri hərbçi həyatını itirib.

Bu il sentyabrın 12-dən 19-dək səkkiz nəfər mina partlayışlarından zərər çəkib. Onlardan 2 hərbçi yaralanıb. Altı mülki vətəndaş vəfat edib.

Qeyd edək ki, bu il sentyabrın 18-dək 970 milyon 551 min 604 kvadratmetr (97 055.2 hektar) ərazi mina və digər partlayıcı qurğulardan təmizlənib.

Xatırladaq ki, bu müddətdə ümumilikdə 94 min 244 ədəd mina və digər partlayıcılar aşkarlanıb. Onlardan 29 min 617-si piyada əleyhinə, 17 min 48-i tank əleyhinə mina, 47 min 579-u partlamamış hərbi sursatdır.

Ordu