№ 385 10 dekabr 2025-ci il, Bakı şəhəri
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 78; 2025, № 2, maddə 187, № 9, maddə 868) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədində profilaktik zolaq və baytar-sanitar rejiminə dair Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.3-cü bəndin “Qeyd” hissəsinin ikinci abzasında “olan səfirliyi” sözləri “fəaliyyət göstərən diplomatik nümayəndəliyi və ya konsulluğu” sözləri ilə əvəz edilsin;
1.2. 4.1-ci bəndin ikinci abzası ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 348 (Cild I) ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nə aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına verilən vergiyə və digər icbari ödənişlərə cəlb olunmayan ödənişlərdən aliment tutulmur.”.
3. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 254 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 612) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nın 2-ci hissəsinin dördüncü abzasına “nümayəndəliklərində” sözündən sonra “, habelə konsulluqlarında” sözləri əlavə edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət sirrinin yayılmasının qarşısının alınması Qaydası”nın 12-ci hissəsi üzrə:
3.2.1. altıncı abzasa “nümayəndəliklərinə” sözündən sonra “və konsulluqlarına” sözləri əlavə edilsin;
3.2.2. yeddinci abzasda “ölkədəki diplomatik nümayəndəliklərinə” sözləri “ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyinə və ya konsulluğuna” sözləri ilə əvəz edilsin.
4. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I); 2024, № 1, maddə 116, № 2, maddə 208, № 5 (II kitab), maddə 612; 2025, № 4 (II kitab), maddə 406, № 5, maddə 520; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 oktyabr tarixli 316 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Qərarla təsdiq edilmiş “İxrac nəzarətinin aparılması Qaydaları”nın 2.2-ci bəndinə “nümayəndəlikləri” sözündən sonra “və konsulluqları” sözləri əlavə edilsin;
4.2. həmin Qərarla təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması Qaydası”nın 2.3-cü bəndinə və 3.1.1.2-ci yarımbəndinin birinci cümləsinə “nümayəndəliklərinin” sözündən sonra “və konsulluqlarının” sözləri əlavə edilsin; həmin Qərarla təsdiq edilmiş “İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.4-cü bəndinə “nümayəndəlikləri” sözündən sonra “və konsulluqları” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 110 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 736 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın 3.7-ci bəndində “xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərində” sözləri “diplomatik nümayəndəliklərində və konsulluqlarında” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44 (Cild I); 2024, № 4, maddə 453, № 9, maddə 1085; 2025, № 8, maddə 806; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 5 noyabr tarixli 332 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nda “Qeydlər”in 1-ci hissəsinin ikinci cümləsində “səfir vəzifəsində çalışan şəxslərə, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin (Baş konsulluqlar daxil olmaqla) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən rəhbərlərinə” sözləri “səfirlərə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərlərinə və baş konsullara” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 735 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın 1.4 -cü bəndinə “nümayəndəlikləri,” sözündən sonra “konsulluqları,” sözü əlavə edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1223 (Cild I); 2024, № 2, maddə 217, № 3, maddə 314, № 4, maddə 468, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2.3-cü bəndin birinci abzasında “diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər” sözləri “diplomatik xidmət orqanı əməkdaşları” sözləri ilə, “xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçular” sözləri “diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən şəxslər” sözləri ilə, “xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının” sözləri isə “diplomatik nümayəndəliklərin və konsulluqların” sözləri ilə əvəz edilsin və həmin abzasa “təqdim edilməklə” sözlərindən sonra (“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.2.1-ci, 14.2.2.2-ci və 14.2.3.1-ci maddələrində nəzərdə tutulan vəzifələrə münasibətdə vəzifələrə təyin edilmə və həmin vəzifələrdən azad edilmə (geri çağırılma) ilə bağlı müvafiq sənədlər əsasında)” sözləri əlavə edilsin;
8.2. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsinin şamil edildiyi şəxslərin xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsait və əmlak Azərbaycan Respublikasına bu Qaydaların 2.3-cü bəndinin birinci abzasına uyğun olaraq gətirilir.”.
9. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1003 (Cild I) ikinci abzası 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
“2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Siyahı Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına da şamil edilir.”.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 oktyabr tarixli 429 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1892 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”nin 6.2-ci bəndində “9.1-ci maddəsində” sözləri “15.4-cü maddəsində” sözləri ilə əvəz edilsin.
11. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 oktyabr tarixli 294 nömrəli, 7 noyabr tarixli 333 nömrəli və 1 dekabr tarixli 357 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
11.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.2.4.3-cü yarımbəndində “konsulluq” sözü “konsul” sözü ilə əvəz edilsin;
11.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:
11.2.1. “1.2.0. “Beynəlxalq münasibətlər” köməkçi bölməsinə “nümayəndəliklərin” sözündən sonra “və konsulluqların” sözləri əlavə edilsin;
11.2.2. “1.2.3. “Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları” paraqrafı aşağıdakı redaksiyada verilsin:
“1.2.3. “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları” paraqrafına Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması ilə bağlı xərclər daxildir.”;
11.2.3. “6.1.2. “Əmək qabiliyyətinin itirilməsi”, “6.1.3. “Yaşa görə” və “6.1.4. “Qəyyumluq” paraqraflarının ikinci abzaslarına “xüsusi” sözündən sonra “və diplomatik” sözləri əlavə edilsin;
11.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:
11.3.1. “211300. Diplomatik və ticarət nümayəndəliklərində çalışan işçilərin əməkhaqqı, təmsilçilik və birdəfəlik yerləşmə müavinəti” paraqrafında “Diplomatik” sözü “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərdə, konsulluqlarında” sözləri ilə əvəz edilsin və həmin paraqrafa “müavinəti” sözündən sonra “, habelə 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə görə aylıq müavinət” sözləri əlavə edilsin;
11.3.2. “221700. “Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə malların satın alınması” paraqrafında, “222140. Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə cari təmir xərcləri”, “222350. Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə rabitə xidmətləri haqlarının ödənilməsi” maddələrində “və” sözü “nümayəndəlikləri və konsulluqları, habelə” sözləri ilə əvəz edilsin;
11.4. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:
11.4.1. “211000. “Əməkhaqqı” köməkçi bölməsində “Diplomatik” sözü “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində, konsulluqlarında” sözləri ilə əvəz edilsin və həmin bölməyə “müavinəti” sözündən sonra “, habelə 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə görə aylıq müavinət” sözləri əlavə edilsin;
11.4.2. “211300. “Diplomatik və ticarət nümayəndəliklərində çalışan işçilərin əməkhaqqı, təmsilçilik və birdəfəlik yerləşmə müavinəti” paraqrafında “Diplomatik” sözü “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində, konsulluqlarında” sözləri ilə əvəz edilsin və həmin paraqrafa birinci halda “müavinəti” sözündən sonra “, habelə 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə görə aylıq müavinət” sözləri, “diplomatik” sözündən sonra “nümayəndəlikləri, konsulluqları” sözləri, ikinci halda “müavinəti” sözündən sonra isə “, habelə qəbul edilən dövlətdə onlarla birlikdə yaşayan 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə görə aylıq müavinət” sözləri əlavə edilsin;
11.4.3. “221000. “Malların satınalınması” köməkçi bölməsinə, “221700. “Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə malların satınalınması” paraqrafına (hər iki halda), “222100. “Cari təmir” paraqrafının üçüncü cümləsinə, “222140. “Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə cari təmir xərcləri” maddəsinə (hər iki halda), “222300. “Telekommunikasiya və poçt rabitəsi xidmətləri haqqının ödənilməsi” paraqrafına, “222350. “Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə rabitə xidmətləri haqlarının ödənilməsi” maddəsinə (hər iki halda) və “311900. “Sair torpaq, tikili və avadanlıqlar” paraqrafına “və ticarət” sözlərindən əvvəl “nümayəndəlikləri, konsulluqları” sözləri əlavə edilsin;
11.4.4. “222290. “Digər kommunal xidmətlərin haqqının ödənilməsi” və “222520. “Xarici ezamiyyətlər” maddələrində “səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə” sözləri “diplomatik nümayəndəliklərinə, konsulluqlarına və xarici ölkələrdə ticarət nümayəndəliklərinə” sözləri ilə əvəz edilsin;
11.4.5. “222442. “Sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri” yarımbəndinə “nümayəndəliklərinə” sözündən sonra “və konsulluqlarına” sözləri əlavə edilsin;
11.4.6. “222500. “Ezamiyyə xərcləri” paraqrafının birinci cümləsində “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına işə təyin olunan, bu orqanlarda fəaliyyətini başa çatdırıb geri qayıdan əməkdaşın və onun ailə üzvlərinin, habelə diplomatik xidmət əməkdaşının illik məzuniyyətlə bağlı Azərbaycan Respublikasına eyni vaxtda gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat üzrə xərclər” sözləri “müvafiq vəzifəyə təyin olunan və geri çağırılan, habelə xidmətinə xitam verilən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində, konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci, 13.17-ci maddələrində nəzərdə tutulan şəxslərin xidmət keçdiyi dövlətə və onun müvafiq şəhərinə getmək və Azərbaycan Respublikasına qayıtmaqla əlaqədar tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla nəqliyyat xərcləri, habelə həmin şəxslərin əmək məzuniyyəti ilə (növbəti məzuniyyətlə) əlaqədar onların və ailə üzvlərinin, habelə həmin şəxslərin əmək məzuniyyətinə (növbəti məzuniyyətə) çıxıb-çıxmamasından asılı olmayaraq ailə üzvlərinin ildə bir dəfə Azərbaycan Respublikasına gəlmək və xidmət keçdiyi dövlətə və onun müvafiq şəhərinə getmək həddində nəqliyyat xərcləri” sözləri ilə əvəz edilsin;
11.4.7. “222920. “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsində “səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin əməkdaşlarının və onların” sözləri “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində, konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının, habelə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci, 13.17-ci maddələrində nəzərdə tutulan şəxslərin və onlarla birlikdə yaşayan” sözləri ilə əvəz edilsin;
11.4.8. “222990.“Sair xərclər” maddəsinə “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı xərclər,” sözlərindən sonra “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.16-cı maddəsində nəzərdə tutulan şəxslərə, onlarla birlikdə yaşayan ailə üzvlərinə verilən təminat və kompensasiyalarla bağlı xərclər, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsi ilə bağlı bütün növ xərclər” sözləri əlavə edilsin;
11.4.9. “312900. “Sair torpaq, tikili və avadanlıqların əsaslı təmiri” paraqrafına “və ticarət” sözlərindən əvvəl “nümayəndəliklərinin, konsulluqlarının” sözləri əlavə edilsin;
11.5. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı”nın 6.1.10-cu sırasında “Yerli diplomatların” sözləri “Diplomatik xidmət əməkdaşlarının” sözləri ilə əvəz edilsin.
12. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 875 (Cild I) ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

