№ 304 Bakı şəhəri, 21 oktyabr 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 299 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 333 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 299 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 719; 2025, № 7, maddə, 730) ilə təsdiq edilmiş “Dövlət tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.6-cı bəndinin ikinci cümləsində “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri