Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 106 Bakı şəhəri, 9 aprel 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 409 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hava gəmisində silahın daşınması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 2025-ci il 10 mart tarixli 346 nömrəli fərmanlarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 409 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1683 (Cild I) ilə təsdiq edilmiş “Hava gəmisində silahın daşınması Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları