№ 529 Bakı şəhəri, 19 dekabr 2024-cü il
“Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması” təsdiq edilsin (əlavə olunur).
2. “Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Bu Qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri