Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 327 Bakı şəhəri, 2 iyul 2024-cü il 

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxs­lərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanla­rının təsvirinin və daşınması Qaydası­nın təsdiq edilməsi haqqında 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin tək­milləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4231 nömrəli Sərəncamının 1.1.3-cü ya­rımbəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır:

1. “Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin geyim formasının, fərqlənmə nişanlarının təsviri və daşınması Qaydası” təsdiq edil­sin (2 nömrəli əlavə).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları