Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Otuz altı Avropa ölkəsindən aparıcı alimləri, ictimai xadimləri birləşdirən platforma - Avropa Müsəlman Forumu adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuruq.
Azərbaycan Respublikasının suverenliyinin, sabitliyinin və beynəlxalq mövqeyinin möhkəmlənməsində həlledici rol oynayan liderliyinizi yüksək dəyərləndiririk. Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan zəngin mədəni irsini, mənəvi dəyərlərini qoruyub saxlayaraq qlobal miqyasda nüfuzlu bir aktor kimi tanınır.
Avropa Müsəlman Forumu Azərbaycan Respublikası ilə konstruktiv münasibətlərini və Zati-alinizin dialoqa, əməkdaşlığa və qarşılıqlı anlaşmaya töhfələrini yüksək qiymətləndirir. Bu töhfələr İslam dəyərlərinin, mədəniyyətlərarası harmoniyanın, birgəyaşayışın təşviqində mühüm rol oynayır.
Zati-alinizə möhkəm cansağlığı, bol enerji və Azərbaycan xalqına xidmətinizdə uğurlar diləyirik. Həmçinin Azərbaycan Respublikasına davamlı sülh, firavanlıq və daha da çox tərəqqi arzulayırıq.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
Abdul-Vahed Niyazov
Avropa Müsəlman Forumunun prezidenti,
Forumun İdarə Heyətinin üzvləri:
Nader Akkad – İtaliya
İqbal Sakrani – Böyük Britaniya
Nazir Ahmed – Böyük Britaniya
Anna Stamou – Yunanıstan
Romas Yakubauskas – Litva
Doğan Bekin – Türkiyə

