Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Zati-alinizi doğum gününüz münasibətilə Monreal Kanada Azərbaycan Cəmiyyəti adından səmimi-qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin tərəqqisi naminə həyata keçirdiyiniz ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Sizin uzaqgörən siyasətiniz, qətiyyətli liderliyiniz və milli maraqlara əsaslanan fəaliyyətiniz nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, müstəqil və nüfuzlu dövlət kimi tanınır. Bu uğurlar xaricdə yaşayan azərbaycanlılar üçün böyük iftixar mənbəyidir, eyni zamanda bizi Vətənimizlə daha sıx bağlayır və həmrəyliyimizi daha da möhkəmləndirir.
Arzu edirik ki, dövlətimiz üçün müəyyən etdiyiniz inkişaf yolu Sizin rəhbərliyinizlə daim uğurla davam etsin, xalqımız hər zaman rifah və əmin-amanlıq şəraitində yaşasın. İnanırıq ki, Azərbaycan Sizin rəhbərliyiniz altında gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqdır.
Cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, dərin ehtiram və hörmətimi ifadə edir, ölkəmizin və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Rəna Müslümova
Monreal Kanada-Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri

