Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Kanadada fəaliyyət göstərən Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası adından Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.
Bu gün biz Azərbaycan Respublikasının Sizin rəhbərliyinizlə beynəlxalq arenada söz sahibi olan, milli maraqlarını qətiyyətlə qoruyan, xalqını ətrafında sıx birləşdirən nüfuzlu və qüdrətli bir dövlət olmasından qürur duyuruq.
Əminik ki, əldə edilən uğurlar hər bir vətənpərvər azərbaycanlını sevindirir.
Sizin həyata keçirdiyiniz uğurlu siyasət sayəsində Azərbaycanın inkişaf yolunda daha sürətlə irəliləyəcəyinə əminik.
Biz - Vətəndən kənarda yaşayan azərbaycanlılar milli kimliyimizi qorumağı, Azərbaycan mədəniyyətini təbliğ etməyi, tariximiz və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmağı ən şərəfli borcumuz hesab edirik.
Sizi, həmçinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik. 2026-cı ildə Sizə və ölkəmizə daha böyük nailiyyətlər, dövlətimizə tərəqqi, xalqımıza isə əmin-amanlıq və rifah arzulayırıq. Sizə dərin ehtiramımızı bildiririk.
Hörmətlə,
Kanadada fəaliyyət göstərən Recayna
Azərbaycan Mədəniyyət Assosiasiyası

