Belçikalıların Kralı Filipdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində faciəvi şəkildə həyatını itirənlərə görə dərin hüznlə başsağlığı veririk.

Bu ağır itki anlarında həlak olanların yaxınlarına güc və səbir arzulayır, onlarla birlikdə ən dərin hüznümüzü bölüşürük.

 

Filip

Belçikalıların Kralı

Məktublar