“Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq

post-img

“İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə yanvarın 11-də Qara Qarayevin ev- muzeyində konsert proqramı təşkil olunacaq.

Mədəniyyət Mərkəzindən bildirilib ki, “Solo gənclik” layihəsi çərçivəsində reallaşan konsertdə gənc bəstəkar, pianoçu Aydan Əliyeva musiqi nömrələri ilə çıxış edəcək. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Aydan Əliyeva simfoniya, prelüd, fortepiano və orkestr üçün əsərlər və mahnılar yazır.

Layihənin keçirilməsində məqsəd musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.

Mədəniyyət