Ədəbiyyatımızın “Ulduz”u

post-img

AYB-nin ədəbi orqanı olan “Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb.

Bu say Əlizadə Nurinin “Özüylə söhbəti…” və şeirləri ilə açılır. Növbəti səhifələrdə Ruslan Mollayevin “Aktrisa” hekayəsi verilib və ardınca Məti Osmanoğlu “Gənc yazarlar üçün ustad dərsi” keçir.

“Şeir vaxtı”nda Vüqar Rahi, Ramil Mərzili, Aysel Xanlarqızı, Xəyalə Sevil, Gülər Mübariz, Anar Seyidağa, Ülkər Nicatlı, İmir Məmmədlinin poetik nümunələri təqdim olunur. Hər müəllifin öz dəst-xətti, mövzuya öz yanaşma tərzi hiss edilir.

Xanəmir Telmanoğlu “Qızıl alma vücudnaməsi”, Alpay Azər “Ali rütbəli nəzarətçilər”, Nurlana İşıq “Qazinin izi”, Rey Kərimoğlu “Telli Mədət və Xankəndidə torpaq satan dəli qadın” (sənədli hekayə), Səadət Musayeva “Son çağırış” hekayələri ilə oxucuların görüşünə gəlib. “Nağıl” rubrikasında “Tənbəl ayı”sı ilə Əfsanə Rəhimli yer alıb.

Fələstin və iordan əsilli şair, rəssam Əli-Əl-Əmirinin “Dünya poetik sanitariyaya möhtacdır…” essesi, Elxan Yurdoğlunun 70 yaşı tamam olan İbrahim Yusioğluna dost məktubu,“Anım” rubrikasında Aydın Tağıyevin unudulmaz şair Səyavuş Sərxanlı haqqında yazısı da maraq kəsb edir. “Dərgidə kitab”rubrikasında isə Nemət Mətin “Yük” yazısıyla çlıxış edir.

XQ

Mədəniyyət