“Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi

post-img

Martın 15-də, saat 14:00-da Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisinin açılışı olacaq.

Novruza və bu bayramın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına salınmasının 15-ci ildönümünə həsr olunan sərgi Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Ekspozisiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistana aid ənənəvi qadın geyimləri, həmçinin zərgərlik əşyaları nümayiş etdiriləcək. Bu sənət nümunələri təyinatına, üzərindəki naxışlara, hazırlandığı materiala və s. əsasən tamaşaçılarda türk xalqlarının özünəməxsus milli xüsusiyyətləri, adət-ənənələri, məskunlaşdıqları ərazinin təbii-coğrafi şəraiti, düşüncə və həyat tərzi barədə zəngin təəssürat yaradacaq.

Təqdim olunan eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin, Türk Mədəniyyəti və İrsi Fondunun kolleksiyalarından, Macarıstan Xalq Sənətkarları Assosiasiyası və şəxsi kolleksioner Virciniya Morgan-Hayata aiddir.

Qeyd edək ki, 31 mart tarixinədək davam edən sərgi çərçivəsində ustad dərsi və mühazirə keçiriləcək.

Mədəniyyət