Baytanayev Bauyrjan: “Tapılan maddi-mədəniyyət nümunələrini UNESCO-ya təqdim etməyi düşünürük”.

post-img

Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki, arxeologiya elmləri doktoru, professor Baytanayev Bauyrjan Bakıda keçirilən “İpək Yolu Volqa-Xəzər Dəhlizi Birinci İllik Subregional” adlı konfransda “Dünyəvi və mədəni irsin qorunması” mövzusunda fikirlərini bizimlə bölüşdü. Professor B. Baytanayev əsas məqsədinin mədəni irs mövzusunda meyarlar hazırlamaq, arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrini UNESCO-ya təqdim etmək olduğunu dedi: “Biz bu görüşdən sonra mühüm addımlar atmağı düşünürük. Bu mövzuda müəyyən meyarlar hazırladıqdan sonra həmin nümunələrin sıralanması işinə başlayacağıq. Bunlar hamısı Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və ümumiyyətlə, Mərkəzi Asiya ölkələrinin mədəni irsidir”. 

Baytanayev Bauyrjan tədbir haqqında da təəssüratlarından danışdı: "Tədbir çox gözəl təşkil olunub. Burada gənclər, müxtəlif təşkilatların əməkdaşları və ekspertlər fəal iştirak edirlər. Onlar da konfransda əldə olunan yaxşı nəticələrə görə gözəl əhval-ruhiyyədədirlər. Buna görə, bütün təşkilatçılara "Çox sağ ol" deyirik”.

Fidan HÜQUQQIZI

XQ

 

Mədəniyyət