“Ürək odur daim yana”

post-img

Bəxtiyar Vahabzadə poeziyası məna dərinliyi, vətənpərvərlik hissi, özünəməxsus poetik ifadə tərzi ilə sərhədsiz bir ümmana bənzəyir.
Azərbaycan poeziyasında insan qəlbi, onun döyüntüləri barədə çox şeirlər yazılıb. Bəlkə də, Bəxtiyar Vahabzadə qədər ürəyə xüsusi poetik məna verən başqa bir şair olmayıb.
Şairin alovlu qəlbi Vətənə sevgi ilə çırpınırdı:

Vətəniyçün lazım gəlsə
Polad kimi gərilməsə,
Torpağına sərilməsə
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.

Şair qəlbinin ən ümdə arzularından biri Qarabağın azad olunması idi. Bu gün şaddır Vətən üçün narahat olan şairin ruhu, çünki həsrətində olduğumuz Qarabağ özümüzə qayıdıb!

“Ürək odur daim yana”, – deyən Bəxtiyarın Vətən, millət yolunda məşəl tək yanan ürəyi heç vaxt sönmədi, çünki şairin qəlb çırpıntıları yazdığı şeirlərin sətirlərındə əbədi qaldı:
Ürək odur daim yana,
Od püskürə, alovlana.

Z.ZÜLFİYYƏ
XQ

Mədəniyyət