Ağıllı sırğalar üçün konsepsiya hazırlanıb

post-img

Vaşinqton Universitetinin alimləri sağlamlıq göstəricilərini toplamağa imkan verən ağıllı sırğalar üçün konsepsiya hazırlayıblar.

“Lenta.ru” xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Alimlər bildiriblər ki, ilk növbədə cihaz istifadəçinin və ətraf mühitin temperaturunu qeyd edəcək. Əldə edilən məlumatlar stress, xəstəlik, idman, yemək vərdişləri və ya qadınların sağlamlıq meyllərini izləmək üçün faydalı olacaq.

Qeyd olunub ki, ağıllı sırğalar, adətən biləyə taxılan ağıllı saatlar və fitnes-trekerlərdən daha dəqiq həyati əlamətlər haqqında məlumat toplayır. Bunu altı könüllünün iştirak etdiyi araşdırma da təsdiqləyib.

Ağıllı sırğalar bir dəfə şarjla 28 günə qədər işləyə bilir, cihaz məlumatları “bluetooth” vasitəsilə smartfona ötürür. 

Rizvan FİKRƏTOĞLU
XQ

Maraqlı