Dünyanın ən böyük aysberqi aktiv hərəkətə başlayıb

post-img

Təxminən 30 il əvvəl Antarktida buzlaqlarından qopmuş dünyanın ən böyük aysberqi (A23a) son vaxtlar axınla aktiv şəkildə hərəkət etməyə başlayıb və hazırda ayda təxminən 150 kilometr sürətlə hərəkət edir.

“Xalq qəzeti” Rusiya KİV-nə istinqadən xəbər verir ki, bu barədə Arktika və Antarktida Elmi-Tədqiqat İnstitutunun mətbuat xidməti məlumat yayıb. Hazırda aysberq Antarktida sahilləri boyunca Veddell dənizində hərəkət edir. 

  A23 aysberqinin sahəsi təxminən 4170 kvadratkilometrdir.

 Alimlər qeyd edirlər ki, bu aysberqin gələcəyi bir sıra amillərdən, o cümlədən axınların təsiri, sualtı relyef çıxıntıları və meteoroloji vəziyyətdən asılıdır. Lakin onun ömrünə az qalıb. Aysberq əriyəcək və suya qarışacaq.

Anar ƏLİ,

“Xalq qəzeti”

Maraqlı