Baş prokurorun rəhbərlik etdiyi heyət Bəhreyndə

post-img

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreynli həmkarı Ali bin Fadhel Al Buainainin dəvəti ilə Manama şəhərinə işgüzar səfərdə olub.

Bəhreyn Dövlət Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Bəhreyn Krallığı Azərbaycan üçün dost ölkədir. Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edib. Görüşdə iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına qarşı, o cümlədən ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti ilə Bəhreyn Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Şeyx Xalid Ali Al Xalifa arasında görüş keçirilib. Görüş zamanı ölkələrimizin hüquq sistemləri arasında intensiv və məhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi vurğulanıb, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Krallığın Ədliyyə, İslam işləri və Vəqf naziri Navaf Mohamed Al Maavda arasında da ikitərəfli görüş keçirilib.

Son xəbərlər