Məcburi köçkünlərin müraciətləri dinlənilib

post-img

Avqustun 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb və onların müraciətlərini dinləyib.

Müraciətlər əsasən işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.

Görüşdə vətəndaşların qaldırdıqları məsələlərin araşdırılaraq qanunvericilik çərçivəsində həll ediləcəyi qeyd olunub.

XQ

Son xəbərlər