“Azərbaycan Hava Yolları” QSC Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar bir neçə reysi ləğv edib.
Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iyunun 13-ü və 14-nə nəzərdə tutulan aşağıdakı reysləri ləğv edilib:
Bakı-Təl-Əviv-Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
Bakı-Dubay-Bakı
J2 011/012 (13 iyun)
Bakı-Tehran-Bakı
J2 8017/8018 (13 iyun)
Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.
Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.