Yardımlıda əməliyyat: Polisin saxladığı şəxsdən tapança tapıldı

post-img

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 44 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Ağarəşidov saxlanılıb. 

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən “Makarov” markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktla bağlı cinayət işi bașlanılıb, R.Ağarəşidov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ



Son xəbərlər