Pakistanın Milli Günü münasibətilə rəsmi qəbul

post-img

Aprelin 8-də Pakistanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin Milli Gününün 85-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

Çıxış edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin iki ölkə arasındakı tarixi dostluq ənənələrindən danışaraq, ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvarlığını bildirib.

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev çıxış edərək ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığını diqqətə çatdırıb, iqtisadi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Sonra Pakistanın qazandığı nailiyyətlər, ölkənin turizm imkanları, tarixi abidələri barədə videoçarx nümayiş olunub. XQ

Son xəbərlər