Naxçıvan Azərbaycanın dövlət və hüquq tarixində

post-img

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət və hüquq tarixində Naxçıvan” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Məclisin əvvəlində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Naxçıvanın Azərbaycanın hüquqi dövlətçilik tarixində önəmli yeri var. Ümummillili lider Heydər Əliyevin bu qədim diyarla bağlı siyasi fəaliyyəti bu mövqeyi daha da zənginləşdirib. 

Səlahiyyətli nümayəndə bildirib ki, ötən 30 ilə yaxın bir dövrdə Naxçıvan Muxtar Respublikasında hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin təşkili üçün dövlət tərəfindən əlverişli şərait yaradılmasına baxmayaraq, ədalət mühakiməsinin səmərəliliyi qənaətbəxş olmayıb. Lakin Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq, 2023-cü ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında məhkəmələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl və əsaslı tədbirlər həyata keçirilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi qeyd edib ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi, iqtisadi, mədəni islahatlarla yanaşı, genişmiqyaslı hüquq islahatlarının da aparılmasına start verilib. Bu kurs Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən mərhələlərlə davam etdirilib. 

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, muxtar respublikasının baş prokuroru Sənan Paşayev, Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevamövzu ilə bağlı çıxış ediblər.

XQ

Son xəbərlər