Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanaraq götürülüb

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib.

Dekabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 qumbara, 7 tüfəng, 6 patron darağı və 227 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər