Qərbi Azərbaycan İcması noyabrın 28–29-da Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub.
İcmanın nümayəndəsi, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək Qərbi azərbaycanlıların Ermənistandan qovulduğunu və nəticədə bu ölkənin tamamilə monoetnik dövlətə çevrildiyini qeyd edib. O vurğulayıb ki, icma soydaşlarımızın Ermənistandakı öz dədə-baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının beynəlxalq hüquq çərçivəsində təmin edilməsinə xidmət edən Qayıdış Konsepsiyasını qəbul edib və BMT-nin onların qayıdışının, hüquq və təhlükəsizliyinin tam şəkildə qorunmasının təmin edilməsində fəal rol oynaması vacibdir.
XQ