Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kamboca Xalq Partiyasının ev sahibliyi ilə bu ölkənin Pnompen şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyası çərçivəsində ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib.
Məclisdə ICAPP-ın cari il ərzində fəaliyyətinə nəzər salınıb, Daimi Komitənin yeni üzvləri təqdim olunub və qurumun gələcək planlarına dair ətraflı fikir mübadiləsi aparılıb. İclasda ICAPP-ın BRICS vasitəsilə müxtəlif ölkələrlə, o cümlədən müxtəlif siyasi partiyalarla əməkdaşlıq məsələləri nəzərdən keçirilib. ICAPP-ın UNESCO ilə əməkdaşlığının genişləndirilməsi imkanları barədə də təkliflər səsləndirilib.
XQ