Özbəkistan nümayəndə heyəti COP29-da iştirak edəcək

post-img

Noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə növbəti Konfransı - COP29-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə nümayəndə heyətinin də fəal iştirakı gözlənilir. 

Özbəkistan dövlətinin başçısı Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində keçirilən tədbirdə iqlim problemlərinin effektiv həllinə yönəlmiş təklif və təşəbbüslərlə bağlı çıxışı nəzərdə tutulur.

Şübhəsiz ki, Özbəkistan bu təşəbbüsləri həyata keçirmək, iqlim problemlərini aradan qaldırmaq və iqlim dəyişikliyinin nəticələrini yumşaltmaq üçün bütün səy və imkanlardan istifadə edəcək.

Onu da deyək ki, Şavkat Mirziyoyev ğtən il Dubayda keçirilən COP28 konfransında da  aktiv iştirak edib. 

COP28 konfransından sonra bu istiqamətdə Özbəkistanda bir sıra təşəbbüs irəli sürülüb. Özbəkistan Paris Sazişi çərçivəsində İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə Qlobal Çərçivənin tezliklə təsdiqlənməsinin tərəfdarıdır və Mərkəzi Asiya İqlim Dialoqu platformasında Uyğunlaşma Strategiyası hazırlanıb.

Ötən müddət ərzində bu təşəbbüs uğurla həyata keçirilib. Bu layihə “Mərkəzi Asiyada İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə Regional Strategiya” Yaşıl Mərkəzi Asiya təşəbbüsünün dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihəsi çərçivəsində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ölkələri tərəfindən hazırlanıb.

Eyni zamanda, “2030-cu ilə qədər olan dövr üçün Aral dənizi regionunda ekoloji innovasiyaların və iqlim texnologiyalarının tətbiqi üzrə əlavə tədbirlər haqqında” Özbəkistan Respublikası Prezidentinin qərar layihəsi hazırlanıb və bu istiqamətdə mühüm layihələr həyata keçirilir.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 

Son xəbərlər