Daşkənddə keçirilən energetika sərgisinə Azərbaycan firması da qatılıb

post-img

Daşkənddə “UZEnergoExpo-2024” 18-ci Beynəlxalq Xüsusi Energetika sərgisi keçirilib. 

Sərgidə dünyanın 15-dən çox ölkəsindən 130-dan artıq firma və şirkət iştirak edib. Tədbirdə energetika, elektrotexnika və elektronika üçün elektrik avadanlıqları; enerjiyə qənaət edən və bərpa olunan enerji və işıqlandırma texnologiyaları nümayiş olunub. 

Azərbaycandan bu sərgiyə “Şok Elektro” firması qatılıb. Firma öz məhsullarını-metal spiral boru, PVC izolyasiyalı boru, yanmayan boru, su borusu və digər məhsullarını nümayiş etdirib. 

Sərginin açılışında bildirilib ki, hər il “UzEnergyExpo” sərgisində dünya liderləri və aparıcı yerli müəssisələr elektrotexnika, enerji təchizatı sistemləri, enerjiyə qənaət, kabel və məftil məmulatları, işıqlandırma və digər sahələrdə ən son texnologiyaları təqdim edirlər. Sərgidə iştirak edən sənaye müəssisələrinin, yanacaq-energetika komplekslərinin, layihə, tikinti, quraşdırma təşkilatlarının, özəl və dövlət təşkilatlarının ixtisaslaşmış mütəxəssisləri bütün bazar təkliflərini öyrənə, müqayisə edə, lazımi avadanlıqları seçə və ala bilirlər.

“Şok Elektro” firmasının rəhbəri Əzizağa Atayev bildirib ki, biz bu istiqamətdə Azərbaycan və Gürcüstan bazarı üçün müxtəlif məhsulalr istehsal edirik və öz məhsullarımızı digər ölkələrə, o cümlədən  Özbəkistana ixrac etmək fikrindəyik. 

Bununla bağlı Özbəkistanın və sərgidə iştirak edən digər firma və şirkətlərin rəhbərləri və səlahiyyətli nümayəndələri ilə görüşlərimiz, danışıqlarımız olub. Elə bilirəm ki, biz Özbəkistan və digər ölkələrlə əlaqələr qura biləcək və öz məhsulalrımızı bu dövlətlərə sata biləcəyik. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

Son xəbərlər