Qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürülüb

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məlumata görə, oktyabrın 5-də və 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 9 tüfəng, 27 patron darağı və 138 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər