“Ulu öndər Heydər Əliyev və hüquq elminin inkişafı”

post-img

Sentyabrın 30-da Bakı Kitab Mərkəzində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Ulu öndər Heydər Əliyev və hüquq elminin inkişafı” kitabının təqdimatı keçirilib. Kitab müasir Azərbaycan dövlətinin qurucusu, hüquq islahatlarının banisi ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib. Nəşrin ön sözünün müəllifi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovdur.  

Zaur Əliyev qeyd edib ki, məhz ­Heydər Əliyev tərəfindən hüquq sahəsində keçirilən islahatlar hüquq elminin və hüquq təhsilinin yeni mərhələdə inkişafını təmin edib. Bu sahədə Ümummilli liderin formalaşdırdığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən müəllif Ulu öndərin  müasir Azərbaycan dövlətinin qurucusu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin qurucusu olduğunu xüsusi vurğulayıb. Müəllif qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu öndərin xeyirxahlıq və humanizm missiyasını yaşadır və uğurla davam etdirir. 

Sonra Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Əməkdar hüquqşünas İkram Kərimov, Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, BDU-nun kafedra müdiri Alış Qasımov və başqaları çıxış edərək Ulu öndərin Azərbaycan hüquq elmi və təhsilinin inkişafında misilsiz xidmətlərindən danışıblar.  

Altı fəsildən ibarət kitabın I fəslində Ulu öndərin islahatlarının hüquq elminin inkişafında yeni mərhələnin başlanğıcı kimi əsasları, II fəsildə ölkə Konstitusiyasının qəbul edilməsi və konstitusiya hüquq elminin inkişafı, III fəsildə Azərbaycanda insan hüquqları elminin inkişafı məsələləri əksini tapıb. Kitabın IV fəslində Ulu öndərin hüquq islahatlarının hüquq doktrinasının inkişafına təsiri, V fəsildə hüquq təhsilinin inkişafında rolu, o cümlədən peşəkar və ixtisaslaşmış kadrların hazırlanması, VI fəsildə Ulu öndərin irsinin davam etdirilməsi, Prezident İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezident Mehriban Əliyevanın xeyirxahlıq missiyası ətraflı təhlil edilib.

XQ

 

Son xəbərlər