ABŞ diplomatları XİN-də

post-img

Sentyabrın 18-də Xarici İşlər naziri Ceyhun Bay­ramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlə­ri, habelə postmünaqişə döv­ründə regional vəziyyət, Azər­baycan ilə Ermənistan arasında normallaşma prosesinin pers­pektivləri müzakirə olunub. 

Azərbaycanın cari ildə ev­sahibliyi edəcəyi BMT-nin İq­lim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının 29-cu sessiyasına ha­zırlıqlar çərçivəsində Azərbay­can–ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.

İkitərəfli münasibətlərdə müsbət dinamikanın yaradıl­ması, əməkdaşlıq perspektiv­lərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxma­yaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdi­yi diqqətə çatdırılıb. Sentyabrın 16-da Ermənistanın ABŞ-dəki səfirliyində bu ölkənin Bey­nəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbayca­nın ərazi bütövlüyü və suve­renliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğula­nıb. Görüşdə bölgədəki mina təhdidləri qeyd edilib, bu is­tiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermə­nistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbayca­na qarşı ərazi iddialarının da­vam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xid­mət etmədiyi bildirilib.

XQ

Son xəbərlər