Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
DİN mətbuat xidmətinin məlumatına görə, sentyabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara və 6 tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə isə qanunsuz saxlanılan 2 tüfəng də aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ