Borcunu qaytarmayan 172 nəfər saxlanılıb

post-img

Sentyabrın 11-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti verib. 

Axtarışda olduğuna görə ümumilikdə 209, o cümlədən borclu şəxs qismində axtarışda olan 172 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. 

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər