MSK-nın növbəti iclası

post-img

Sentyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Ko­missiyasının növbəti iclası keçirilib. 

Əvvəlcə komissiyanın sentyabrın 4-də və 5-də keçirilən iclaslarının protokolları təsdiq edilib. 

Sonra 2024-cü il sentyabrın 1-də keçi­rilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqə­dar Mərkəzi Seçki Komissiyasına daxil ol­muş müraciətlərə baxılıb. Seçki qanunveri­ciliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər bey­nəlxalq müşahidə missiyasının təmsilçiləri, media mənsubları, o cümlədən maraqlı sub-yektlərin bilavasitə iştirakı ilə komissiya üzvləri tərəfindən geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

XQ

Son xəbərlər