İstanbulda baş verən metrobus qəzasında 53 nəfər yaralanıb

post-img

İstanbulda baş verən metrobus qəzası zamanı 53 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən bu şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

AZƏRTAC xəbər verir ki, müalicəsi davam edən sərnişinlərdən daha ikisinin vəziyyəti ağırdır. Hadisə ilə əlaqədar hər iki nəqliyyat vasitəsinin sürücüsü və iki nəzarətçi saxlanılıb. İstintaq davam edir.

Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun iki qitəsini birləşdirən yüksəksürətli sərnişin nəqliyyat vasitələrindən olan metrobus xəttində qəza baş verib. Hadisə şəhərin Avropa qitəsində yerləşən Küçükçekmece rayonu ərazisində qeydə alınıb.

Son xəbərlər