Fazil Mustafaya qəsd edənlər cəzalandırıldılar

post-img

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilmiş cinayətlə bağlı məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakimlər bəyan edib ki, müttəhimlərə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Bu əsasla müttəhimlərin hər biri ayrı-ayrılıqda ictimai xadimin siyasi fəaliyyətinə son qoymağı planlaşdırmaqda və digər verilmiş ittihamlarla cəzalandırılmalıdırlar.

Hökmə əsasən, Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Müttəhimlər cəzalarını həbsxanada və ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Xatırladaq ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğlu silahdan açılan atəşdən xəsarət alıb. 

Dövlət Təhlükəsizliyi Xidməti hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib. Onlara qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər