Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı İbrahim Nəsibov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, onun Dəymədağlı kəndindən keçən çayın sahilində əkdiyi, çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu və süni yaradılmış hovuzlar aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri may ayından becərdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, İ.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma davam etdirilir.
XQ