Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

post-img

Avqust ayının 5-də saat 19:32-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 630 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

 

Son xəbərlər