İslamafobiya ilə mübarizə təhsil sferasına çıxarılır

post-img

Malayziyanın Kuala Lampur şəhərindəki Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutunda “İslamofobiya və təhsil” mövzusunda 2 günlük beynəlxalq dəyirmi masa keçirilir. 

Müzakirələrdə ölkəmizi təmsil edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov dünən ümumi iclasda məruzə ilə çıxış edib. “Birgə tərəfdaşlıqların araşdırılması” mövzusunda bugünkü bölmə iclasının moderatorluğunu isə soydaşımız aparır. Səfər çərçivəsində Malayziyanın baş naziri Ənvər İbrahimlə görüşən  Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təcrübəsinin islamofobiya ilə mübarizədə önəmini vurğulayıb.

Azərbaycan, Malayziya, Pakistan, Türkiyə, Böyük Britaniya, ABŞ və İndoneziyadan olan alim və mütəxəssilərin iştirak etdiyi dəyirmi masa görüşünün məqsədi islamofobiya və təhsillə bağlı işçi qrupunun yaradılmasıdır. Qrup islamofobiyanın universitet nizamına uyğun olaraq təhsil sahəsinə çevrilə biləcəyini araşdıracaq. İdeya islamafobiya təhsilini sistemli və strukturlaşdırılmış şəkildə inkişaf etdirmək və bu kursu dünya universitetlərinə təqdim etməkdən ibarətdir.  

XQ

Son xəbərlər