Belarus hakimiyyəti 30-dan çox Avropa ölkəsinin vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib. Bu barədə respublikanın sərhəd komitəsi özünün Telegram kanalında məlumat yayıb.
“Dövlət başçısının qərarı ilə... Belarusa daxil olmaq üçün vizasız prosedur... daha 35 Avropa ölkəsinin vətəndaşlarına şamil edilib”, - mesajda hansı ölkələrə istinad edildiyi göstərilmir.
Qeyd olunur ki, əcnəbilər Belarusa daxil olduqları andan 30 gündən çox olmayaraq qala, habelə Rusiya istisna olmaqla istənilən üçüncü ölkəyə respublika ərazisindən gedə biləcəklər.
Yeni giriş proseduru iyulun 19-u saat 08:00-dan qüvvəyə minəcək.
Bundan əvvəl Belarus Latviya, Litva və Polşa vətəndaşları üçün vizasız rejim tətbiq edib.
Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, qonşu Aİ ölkələrinin hakimiyyətləri artıq mübarizə aparmaq üçün əhəmiyyətli bir iddia irəli sürə bilməzlər. O vurğulayıb ki, sərhəddə Belarusa gələn qonşu Aİ ölkələrinin vətəndaşlarını heç kim izləmir və ya ələ almır.
S.ELAY
XQ