Birinci Qarabağ müharibəsində naməlum şəhid kimi Tərtərdə şəhidlər qəbiristanlığında dəfn edilən Səbuhi Süleymanovun nəşinin qalıqları dünən Şəkinin Cəfərabad kəndinə gətirilib.
Ata yurdunda şəhidin ailə üzvləri, qazilər, kənd sakinləri, eləcə də ayrı-ayrı təşkilatların əməkdaşlarının iştirakı ilə vida mərasimi keçirilib. Şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Səbuhi Süleymanov 1972-ci ildə anadan olub. İkiillik hərbi xidmətdən sonra döyüşlərə könüllü qatılıb. Ailədə üç övlad olublar. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
XQ