Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Birləşmiş Millətlər Təşkilatının Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) illik iclasında iştirak edib. Tədbirə qatılan beynəlxalq təşkilatların və müxtəlif ölkələrin insan hüquqları təsisatlarının rəhbərləri insan hüquqları sahəsində öz təcrübələrini bölüşərək, ən yeni çağırışlar səsləndiriblər.
M.Quluzadə BMT-nin məsul şəxsləri və bir sıra ölkələrin ombudsmanları ilə görüşüb və rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib.
Qabil YUSİFOĞLU
XQ