Mayın 11-də saat 17:23 radələrində Azərbaycanın cənub rayonlarında yeraltı təkanlar qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzi Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, yeraltı təkan Lənkəran rayonu ərazisində 6, ətraf rayonlarda isə 5,3 bala qədər hiss olunub. Dünən bölgədə 4 ,4 bal gücündə ikinci yeraltı təkan da baş verib. Təbiət hadisəsi saat 20:23-də qeydə alınıb, zəlzələ ocağının dərinliyi 13 kilometr olub. Sonrakı saatlarda afterşoklar davam edib.
Bölgənin icra qurumlarına yaşayış məntəqələrindən hər hansı dağıntı və xəsarət barədə məlumat daxil olmayıb.
XQ