Gürcüstan DİN-nin aksiya xəbərdarlığı

post-img

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə aksiya keçirmək istəyən insanlara sərt xəbərdarlıq edib. Bildirilir ki, polis qüvvələri mitinq iştirakçılarının zorakılıq hərəkətlərinin qarşısını qanun çərçivəsində alacaq. Bu zaman, Amerikanın və Avropanın qabaqcıl ölkələrində tətbiq edilən analoji sərt tədbirlər tətbiq olunacaq.

Bu barədə Gürcüstan DİN-də keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin rəisi Teymuraz Kupatadze məlumat verib.

O, Avropanın qabaqcıl ölkələrində və ABŞ-da polisin toplantılar və nümayişlər zamanı izdihamı idarə etmək və lazım gəldikdə qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə etmək üçün tətbiq etdiyi tədbirlər haqqında ictimaiyyətə məlumat verib. 

Bildirib ki, Gürcüstan polisi toplantı və nümayişlər zamanı həmişə beynəlxalq standartlara uyğun hərəkət edir. “Mitinqin bütün iştirakçılarını və təşkilatçılarını xəbərdar edirik ki, polis mitinq iştirakçılarının zorakılıq hərəkətlərinin qarşısını qanuna uyğun almağa başlayacağı bir vaxtda, Amerika və Avropanın qabaqcıl ölkələrində qəbul edilən tədbirlər kimi sərt tədbirlər tətbiq olunacaq” – deyə, Teymuraz Kupatadze vurğulayıb.

XQ

Son xəbərlər