FHN-nin bu gün yaydığı məlumata görə, Oğuz rayonunun Xalxal kəndində ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
İsmayıllı rayonunun Quşencə kəndində ümumi sahəsi 90 m² olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Lənkəran şəhərində isə “ВАЗ” markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Bütün hallarda yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
P.ƏMİRCANOV
XQ

