Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb

post-img

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarınına yaxın ərazilərdə keçirdikləri tədbirlərlə 7 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 147 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətinin məlumatına görə, maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər