Oğuzda meşə kənarında silah-sursat aşkarlanıb

post-img

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki meşə massivinin kənarından biri yivli olmaqla, 2 ov tüfəngi və həmin silahlara məxsus 1000 patron aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, profilaktik tədbirlər zamanı isə rayon sakini olan şəxs atasından qalan sənədsiz tüfəngi könüllü olaraq polisə təhvil verib.

Son xəbərlər